Netanyahu: HƏMAS Qəzzada qalib gəlsə, növbəti hədəf Avropa olacaq
İsrail Qəzza zolağında HƏMAS hərəkatına qarşı əməliyyatı başa çatdırmasa, ABŞ və Avropa ölkələrinin təhlükəsizliyi də sual altında olacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu "Talk TV"yə müsahibəsində bildirib.
"Burada barbarlıq qalib gəlsə, o zaman növbəti hədəf Avropa və Amerika olacaq. Biz Qəzzada qalib gəlməli və tam qələbə qazanmalıyıq", - o deyib.
Netanyahunun sözlərinə görə, Qərb İsraillə HƏMAS arasındakı münaqişəyə "kiçik atışma" kimi deyil, "İranın şər oxunu" əhatə edən "böyük qarşıdurma" kimi baxmalıdır: "Əgər beynəlxalq ictimaiyyət bu münaqişəyə tab gətirə bilmirsə, biz bunu təkbaşına etməli olacağıq. Biz üzərimizə düşəni edəcəyik".
Netanyahu qeyd edib ki, HƏMAS-ın məğlubiyyətindən sonra Qəzzanın demilitarizasiya prosesini müstəsna olaraq İsrail təhlükəsizlik qüvvələri həyata keçirməlidir. Bununla belə, o, İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra anklavda çalışan BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinə qarşı çıxıb: "UNRWA məktəblərində İsrailin məhv edilməsi ilə bağlı doktrinalar tədris edilib".
Teqlər:
"Netanyahu: H\u018fMAS Q\u0259zzada qalib g\u0259ls\u0259 n\u00f6vb\u0259ti h\u0259d\u0259f Avropa olacaq"