Menyu

Szijarto: Macarıstan və Ukraynanın etimadı bərpa etməsi üçün çox iş görülməlidir

Szijarto: Macarıstan və Ukraynanın etimadı bərpa etməsi üçün çox iş görülməlidir

"Macarıstan və Ukraynanın son illərdə sarsıdılmış qarşılıqlı etimadı bərpa etmək üçün hələ çox yolu var". 

"Operativ Media" xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba və prezident aparatının rəhbəri Andriy Yermakla Ujqorodda (Ukraynanın Transkarpat vilayəti) apardığı danışıqlardan sonra bildirib.

"Biz bura ikitərəfli münasibətlərimizdə etimad mühitini bərpa etmək məqsədi ilə gəlmişik. Düşünürəm ki, bu istiqamətdə ümidverici addımlar atdığımızla razılaşa bilərik. Hələ çox uzun yolumuz var, görəcəyimiz çox iş var. Lakin biz, Macarıstan tərəfi olaraq bunu etməyə hazırıq", - deyə Szijarto qeyd edib. 


 

Teqlər:

"Szijarto: Macar\u0131stan v\u0259 Ukraynan\u0131n etimad\u0131 b\u0259rpa etm\u0259si \u00fc\u00e7\u00fcn \u00e7ox i\u015f g\u00f6r\u00fclm\u0259lidir"

Əlaqəli Xəbərlər