Menyu

Blinken: Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır

Əziz Əzizli
Blinken: Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır

ABŞ-ın Yaxın Şərqdəki maraqlarına və qoşunlarına qarşı hücumlara cavab tədbirləri bir neçə mərhələdən və uzun müddət çəkə bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.

Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumu şərh edən Dövlət katibi deyib: "Biz Yaxın Şərqdəki hərbçilərimizi və maraqlarımızı qoruyacağıq”.

“Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır. ABŞ regionda vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışır”, - deyə Dövlət katibi əlavə edib.

O, həmçinin vurğulayıb ki, ABŞ İranla müharibəyə can atmır, lakin bölgədəki maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək və hücumlara cavabı sərt olacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər