Devid Kemeron: "Britaniya Fələstin dövlətinin tanınması imkanını nəzərdən keçirə bilər"
Nərmin Qocamanlı
️"Böyük Britaniya müttəfiqləri ilə birlikdə Fələstin dövlətinin tanınması imkanını nəzərdən keçirə bilər",
"Operativ Media" xəbər verir ki, bunu krallığın xarici işlər naziri Devid Kemeron ərəb dövlətlərinin səfirləri ilə görüşündə səsləndirib.bildirib.
“Bizim məsuliyyətimiz var, çünki biz Fələstin dövlətinin necə görünəcəyini, nələri əhatə edəcəyini, necə işləyəcəyini müəyyən etməyə başlamalıyıq. Bu baş verərkən biz müttəfiqlərimizlə birlikdə Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirəcəyik”, - deyə o qeyd edib.