Rusiya ABŞ-yə İngiltərəyə nüvə silahı yerləşdirmə planlarına qarşı xəbərdarlıq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“ABŞ-nin taktiki nüvə silahlarının Britaniya ərazisinə qaytarılması ehtimalına gəlincə, mən bu sabitliyi pozan addıma qarşı qəti şəkildə xəbərdarlıq etmək istərdim", - deyə qeyd edib.
Rusiyalı diplomat bu addımın Böyük Britaniya və ABŞ-nin təhlükəsizliyini gücləndirməyəcəyinə diqqət çəkib:
"Bunun bizi qorxutmaq təsiri yoxdur. Bu, yalnız Avropada gərginliyin və təhlükənin ümumi səviyyəsini artıracaq", - o bildirib.