Menyu

KİV: Fransa üç Afrika ölkəsindəki hərbi kontingentini azaldacaq

Nərmin Qocamanlı
KİV: Fransa üç Afrika ölkəsindəki hərbi kontingentini azaldacaq

Fransa Qabon, Seneqal və Kot-d'İvuardakı hərbi kontingentləri azaldacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Monde qəzeti yazır.

Qəzetin məlumatına görə, Emmanuel Makron dekabrın ortalarında keçirilən hərbi şura zamanı Qabon, Seneqal və Kot-d'İvuardakı hərbi kontingentləri əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib. Qeyd edilir ki, Fransanın bu ölkələrdəki bazalarının əksəriyyətində artıq hərbi personalın sayının azaldılması prosesinə başlanılıb, lakin bu il proses sürətləndirilməlidir.

Məlumata görə, Qabon, Seneqal və Kot-d'İvuar paytaxtlarında fransız qoşunlarının sayı üç şəhərin hər birində yüzə qədər azaldıla bilər.

Teqlər:

"K\u0130V: Fransa \u00fc\u00e7 Afrika \u00f6lk\u0259sind\u0259ki h\u0259rbi kontingentini azaldacaq"

Əlaqəli Xəbərlər