"ABŞ artıq dünya səhnəsində danılmaz liderliyə malik deyil".
"Operativ Media" xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (FBİ) direktoru Uilyam Börns "Foreign Affairs" jurnalı üçün yazdığı məqalədə bildirib.
"Çinin yüksəlişi və Rusiyanın revanşizmi ABŞ-nin artıq danılmaz hökmranlığa malik olmadığı və ekzistensial iqlim təhlükələrinin yaxınlaşdığı gərgin geosiyasi rəqabət dünyasında ciddi geosiyasi çağırışlar tələb edir", - o yazıb.
Börns qeyd edir ki, vəziyyət davam edən texnoloji inqilab, hətta sənaye inqilabından və ya nüvə əsrinin başlanğıcından da mürəkkəb hala gəlib.
Eyni zamanda o, əmin olduğunu bildirib ki, dünya nə qədər dəyişsə də, yenə də toplanması yalnız insanın gücünə tabe olan məxfi məlumatlar və yalnız insan tərəfindən həyata keçirilə bilən kəşfiyyat əməliyyatları mövcud olacaq.