İsrail XİN: Bütün girovlar azad edilsə belə, əməliyyat dayanmayacaq
HƏMAS-ın saxladığı bütün girovlar azad edilsə belə, İsrail Qəzza zolağında əməliyyatı dayandırmaq niyyətində deyil.
"Operativ Media" xəbər verir ki, bunu Almaniyanın "Bild" qəzetinə müsahibəsində İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrail Katz deyib.
Bütün girovlar HƏMAS-ı tamamilə məhv etmədən azad edilərsə, İsrail hökumətinin hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlara hazır olub-olmayacağı sualına Katz belə cavab verib: "Mənim cavabım xeyrdir. Biz girovları azad etmək istərdik və bu, yalnız Qəzzada, Xan Yunisdə və HƏMAS-ın mövcud olduğu bütün digər yerlərdə hərbi təzyiqlə baş verə bilər. Misir kimi digər ölkələr də təzyiqləri davam etdirməlidir. Amma HƏMAS həm hərbi, həm də siyasi cəhətdən məğlub olana qədər müharibəni bitirməyə razı olmayacağıq".
Teqlər:
"\u0130srail X\u0130N: B\u00fct\u00fcn girovlar azad edils\u0259 bel\u0259 \u0259m\u0259liyyat dayanmayacaq"