İran 28 ölkədən gələn turistlər üçün vizaları ləğv edəcək
Nərmin Qocamanlı
İran hökuməti fevralın 4-dən etibarən 28 ölkədən gələn turistlər üçün vizaları birtərəfli qaydada ləğv edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Əlireza Beykdeli bildirib.
"Turizm məqsədilə İrana səfər edəcək 28 ölkənin vətəndaşlarından 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmayacaq. Turistlər İrana yalnız viza üçün müraciət etmədən bilet alaraq gələ biləcəklər", - o, qeyd edib.
O qeyd edib ki, ölkələr siyahısına Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, Küveyt, Özbəkistan, Qırğızıstan, Tunis, Tanzaniya, Mavritaniya, Zimbabve, Mavrikiy, Seyşel adaları, Yaponiya, İndoneziya, Sinqapur, Vyetnam, Kamboca, Bruney, Braziliya, Peru, Xorvatiya, Serbiya, Bosniya və Herseqovina, Belarusiya və Hindistan və Meksika daxildir. ,