Menyu

ABŞ SEPAH və Hizbullahın maliyyələşdirilməsinə görə sanksiyaları genişləndirib

ABŞ SEPAH və Hizbullahın maliyyələşdirilməsinə görə sanksiyaları genişləndirib

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və Hizbullah təşkilatını maliyyələşdirdiyinə görə üç şirkət və bir fiziki şəxsə sanksiya tətbiq edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin məlumatlarına əsasən, sanksiyalar Türkiyədə, Livanda yerləşən şirkətlərə və Türkiyədə yaşayan bir fiziki şəxsə qarşı tətbiq edilib. Dövlət Departamenti hesab edir ki, məhdudiyyətlərə məruz qalan şirkətlər və şəxslər İran mallarını satmaqla və Suriya hakimiyyətindən vəsait almaqla SEPAH və Hizbullahı maliyyələşdirməklə məşğul olublar.

Bundan əlavə, ABŞ hərbi cinayətlər və etnik təmizləmələr törətmiş Sudan Silahlı Qüvvələri və Çevik Reaksiya Qüvvələrinə (xüsusi təyinatlılar) maliyyə və maddi dəstək verdiyi üçün üç Sudan şirkətinə qarşı sanksiyalar tətbiq edib. Myanmanın hərbi hakimiyyət orqanları ilə əlaqəli dörd şəxs və iki şirkətə də məhdudiyyətlər qoyulub.

Teqlər:

"AB\u015e SEPAH v\u0259 Hizbullah\u0131n maliyy\u0259l\u0259\u015fdirilm\u0259sin\u0259 g\u00f6r\u0259 sanksiyalar\u0131 geni\u015fl\u0259ndirib"

Əlaqəli Xəbərlər