Aİ yazın sonuna qədər 20 min Ukrayna əsgərinə təlim keçəcəyini vəd edib
Avropa İttifaqı (Aİ) yazın sonuna kimi daha 20 min ukraynalı hərbçi hazırlayacağını və beləliklə, Ukrayna Silahlı Qüvvələrinin Avropa ölkələrində təlim keçmiş üzvlərinin ümumi sayının 60 minə çatacağını vəd edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borell Avropa İttifaqının müdafiə nazirlikləri rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Bu günə qədər biz Ukrayna üçün 40 min hərbçinin hazırlanmasını təmin etməklə öz vədimizi əməli surətdə yerinə yetirmişik. Bu gün yayın sonuna qədər daha 20 min hərbi qulluqçunun hazırlanmasına qərar vermişik", - Borrell bildirib.
O, Ukraynanın bütövlükdə daha çox və daha sürətli hərbi yardıma ehtiyacı olduğunu vurğulayıb.
Teqlər:
"A\u0130 yaz\u0131n sonuna q\u0259d\u0259r 20 min Ukrayna \u0259sg\u0259rin\u0259 t\u0259lim ke\u00e7\u0259c\u0259yini v\u0259d edib"