Menyu

Ermənistanın elektrik enerjisi ixracından gələn gəlirlər xeyli azalıb

Ermənistanın elektrik enerjisi ixracından gələn gəlirlər xeyli azalıb

Ermənistanın elektrik enerjisi ixracından gələn gəlirlər xeyli azalıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb. 

"Əgər 2022-ci ilin 11 ayı ərzində bu göstərici 83,4 milyon dolları ötmüşdüsə, 2023-cü ilin eyni dövründə artıq 66 milyon dollar olub. Bunu Ermənistan Statistika Komitəsinin məlumatları sübut edir. Məlum olub ki, 2023-cü ilin 11 ayı ərzində elektrik enerjisi ixracından əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 17,4 milyon dollar və ya 21 faiz azalıb", - məlumatda qeyd edilib.

2023-cü ilin 11 ayı ərzində 2022-ci ilin müvafiq dövründəki 8 002,0 milyon kilovatsaata qarşı 8 021,9 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.

Bütün 2022-ci il ərzində elektrik enerjisi istehsalının həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artaraq 8 907,9 milyon kilovatsaat təşkil edib.

2021-ci ildə elektrik enerjisi istehsalı 0,6%, ixrac isə dörddəbir azalıb. Eyni zamanda, 2021-ci ildə Ermənistana elektrik enerjisi idxalının həcmi 2020-ci ilin göstəriciləri ilə müqayisədə 15% artıb.

Teqlər:

"Erm\u0259nistan\u0131n elektrik enerjisi ixrac\u0131ndan g\u0259l\u0259n g\u0259lirl\u0259r xeyli azal\u0131b"

Əlaqəli Xəbərlər