Menyu

Fransada polisi 18 traktor sürücüsünü həbs edib

Fransada polisi 18 traktor sürücüsünü həbs edib

Fransada polis Paris bölgəsinin Esson hissəsində dinc tətildə iştirak edən 18 traktor sürücüsünü həbs edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Figaro" məlumat yayıb.

Qeyd edilib ki, onlar "nəqliyyatın hərəkətinə mane olurlar". 

Bundan başqa, Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmaninin əmri ilə Esson və Luara departamentlərinə əlavə polis qüvvələri və zirehli polis maşınları göndərilib.

Bildirilir ki, traktorçular Parisə gedən bir sıra yolları, xüsusən paytaxtı iri regional şəhərlərlə birləşdirən A1, A4 və A6 magistrallarını bağlayıblar.

Fransız fermerlər yüksək vergilərə və qiymət artımlarına, xüsusən də kənd təsərrüfatı texnikası üçün yanacağın qiymətlərinə qarşı çıxır və Fransa və Aİ-də tətbiq edilən ekoloji standartlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.

Teqlər:

"Fransada polisi 18 traktor s\u00fcr\u00fcc\u00fcs\u00fcn\u00fc h\u0259bs edib"

Əlaqəli Xəbərlər