Menyu

Dövlət Departamenti Qəzza zolağının ərazisinin azaldılmasına qarşı çıxıb

Dövlət Departamenti Qəzza zolağının ərazisinin azaldılmasına qarşı çıxıb

Birləşmiş Ştatlar Qəzza zolağının ərazisinin hər hansı şəkildə azaldılmasına qarşıdır. 

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Miller qeyd edib ki, Birləşmiş Ştatlar İsraillə qarşılıqlı əlaqə qurarkən Qəzza zolağında binaların sökülməsinin bufer zonası yaratmaq məqsədi daşıya biləcəyi sualını qaldırıb: "Onlar bizə dedilər ki, bunu yalnız terror fəaliyyətinin həyata keçirildiyi və ya həyata keçirilməsi planlaşdırılan obyektlərlə ediblər".

Millerin sözlərinə görə, İsrail hakimiyyəti Vaşinqtona İsrail dövlətinin Qəzzanı işğal etmək niyyətində olmadığını bildirib.

Teqlər:

"D\u00f6vl\u0259t Departamenti Q\u0259zza zola\u011f\u0131n\u0131n \u0259razisinin azald\u0131lmas\u0131na qar\u015f\u0131 \u00e7\u0131x\u0131b"

Əlaqəli Xəbərlər