Təbii peykin uzun illər ərzində aparılan müşahidəsi alimlərə planetin vaxtaşırı ay zəlzələləri ilə sarsıldığını aşkar etməyə imkan verib. Mütəxəssislər bu zəlzələləri dörd növə bölərək səbəbini açıqlayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə "life.ru" məlumat yayıb.
Mütəxəssislərin fikrincə, Ayın səthi tez-tez meteorların düşməsi səbəbindən titrəyir və bu, onun dərinliklərində baş verən daxili proseslərlə əlaqəli olmayan yeganə ay zəlzələsidir.
Bundan başqa dayaz, dərin və termal ay zəlzələləri də var. Alimlər bunun Günəş və Yerin qravitasiya təsiri ilə bağlı ola biləcəyini irəli sürüblər. Bu yaxınlarda tədqiqatçılar kompüter simulyasiyalarından istifadə edərək bir təcrübə keçiriblər. Məlum olub ki, Ayın kiçik, lakin güclü təkanının səbəbi planetin davam edən soyumasıdır. Buna görə də göy cisminin nüvəsi sıxılır. Bildirilib ki, Ay səthində torpaq kifayət qədər boş olduğundan nüvənin belə sıxılması güclü sürüşmələrə səbəb ola bilər.
Alimlər Ayın gələcəkdə kiçiləcəyini, lakin bunun yüz milyonlarla il sonra baş verəcəyini bildiriblər.
Teqlər:
"Aliml\u0259r ay z\u0259lz\u0259l\u0259l\u0259rinin s\u0259b\u0259bini a\u00e7\u0131qlay\u0131blar"