Menyu

İsveçdə küləyin sürəti rekord həddə çatıb

Nərmin Qocamanlı
İsveçdə küləyin sürəti rekord həddə çatıb

Şimaldakı Norrbotten əyalətini əhatə edən İnqunn qasırğasının Norveçdən gəlməsi ilə İsveçdə küləyin sürəti rekord həddə çatıb.

"Operativ Media" xəbər verir ki, SVT telekanalı Laplandiyanın dağlarında yerləşən Stekenjokk şəhərində küləyin sürətinin 51,8 m/s olduğunu bildirib.

"Bu, İsveç üçün yeni rekorddur. Əvvəlki rekord 2017-ci ilin yanvarında Stekenjokkedə qeydə alınıb, o zaman küləyin orta sürəti 47,8 m/s olub", - deyə İsveç Meteorologiya və Hidrologiya İnstitutunun əməkdaşı Markus Sjöstedt bildirib.

Norveçdə İnqunn qasırğası son 30 ilin ən güclü qasırğası olub. Ötən günlərdə bu səbəbdən Trondelaq və Helqeland ştatlarında 12 min ev təsərrüfatı işıqsız qalıb. Ingunn-un bu axşam ən böyük gücünə çatacağı və sabahdan azalmağa başlayacağı gözlənilir. 

Qeyd edək ki, külək sürəti 33 m/s-dən çox olarsa, bu, artıq qasırğa sayılır.

Teqlər:

"\u0130sve\u00e7d\u0259 k\u00fcl\u0259yin s\u00fcr\u0259ti rekord h\u0259dd\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər