Kommunal ödənişlərin ən yüksək olduğu ölkələr – SİYAHI
Dünyada kammunal ödənişlərin ən baha olduğu ölkə Avstriyadır.
"Operativ Media" Numbeo-ya istinadən xəbər verir ki, burada 85 m² mənzil üçün aylıq kommunal ödəniş 346 dollardır. Bu isə təxminən 588 Azərbaycan manatına bərabərdir.
Avstriyanın ardınca Latviya (333 dollar), Almaniya (324) və Böyük Britaniyada da (323 dollar) 85 m² mənzil üçün aylıq kommunal ödəniş 300 dollardan yüksəkdir.
Çexiya, Estoniya, İsveçrə və Polşa kimi ölkələrdə isə 85 m² mənzil üçün aylıq kommunal ödəniş 250-300 dollar arasındadır:
Çexiya: 281 dollar
Estoniya: 281 dollar
İsveçrə: 270 dollar
Polşa: 255 dollar
ABŞ-də 85 m² mənzil üçün aylıq kommunal ödəniş 214, Rusiyada 90, Türkiyədə 60, Azərbaycanda isə 52 dollardır:
Sloveniya: 249 dollar
Niderland: 238 dollar
Lüksemburq: 236 dollar
İsrail: 229 dollar
İrlandiya: 224 dollar
Avstraliya: 222 dollar
Danimarka: 221 dollar
İtaliya: 213 dollar
Norveç: 208 dollar
Belçika: 208 dollar
Fransa: 186 dollar
BƏƏ: 176 dollar
Yaponiya: 166 dollar
Cənubi Koreya: 163 dollar
Kanada: 161 dollar
İspaniya: 138 dollar
Səudiyyə Ərəbistanı: 103 dollar
Filippin: 103 dollar
Cənubi Afrika: 101 dollar
Rusiya: 90 dollar
Pakistan: 84 dollar
Braziliya: 75 dollar
Meksika: 68 dollar
İndoneziya: 63 dollar
Çin: 54 dollar
Hindistan: 43 dollar
Banqladeş: 33 dollar
Misir: 28 dollar
Venesuela: 19 dollar
İran: 16 dollar
Nərmin Qocamanlı