Ana səhifə / Dünya / Pentaqon: ABŞ qoşunlarını Suriyadan çıxarmağı düşünmür Pentaqon: ABŞ qoşunlarını Suriyadan çıxarmağı düşünmür 01.02.2024, 20:35 "Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyin artması və bölgədəki qoşunlarına hücumlar səbəbindən Amerika qüvvələrini Suriyadan çıxarmağı düşünmür". "Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin mətbuat konfransında bildirib. "Son bir neçə həftədə baş verənlər bizi qoşunların Suriyadan çıxarılması məsələsini nəzərdən keçirməyə vadar etmir", - Ostin qeyd edib.