Menyu

ABŞ Hindistana 3,99 milyard dollar dəyərində 31 dron satışına icazə verib

ABŞ Hindistana 3,99 milyard dollar dəyərində 31 dron satışına icazə verib

"ABŞ Dövlət Departamenti Hindistana 3,99 milyard dollar dəyərində pilotsuz təyyarələrin və müvafiq avadanlıqların satışına icazə verib".

"Operativ Media" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb. 

Agentlik həmçinin qeyd edib ki, satış ABŞ-Hindistan strateji əlaqələrinin möhkəmlənməsinə, sülhə, təhlükəsizlik və siyasi sabitliyə töhfə verməyə davam edən əsas hərbi tərəfdaşın təhlükəsizliyinə töhfə verməklə ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək olacaq: "Məqsəd Asiyada iqtisadi inkişaf üçün Hind-Sakit okean regionunda və cənubda münbit mühit formalaşdırmaqdır".

Bildirilir ki, bu sövdələşmə Hindistanın cari və gələcək təhdidlərlə üzləşmə qabiliyyətini artıracaq.

ABŞ Müdafiə Nazirliyi əlavə edib ki, Yeni Dehli silahlı qüvvələrinin modernləşdirilməsinə sadiqliyini nümayiş etdirib və pilotsuz təyyarələrin satışı regionda əsas hərbi balansı dəyişməyəcək.

Teqlər:

"AB\u015e Hindistana 3 99 milyard dollar d\u0259y\u0259rind\u0259 31 dron sat\u0131\u015f\u0131na icaz\u0259 verib"

Əlaqəli Xəbərlər