Husilər Qırmızı dənizdə Britaniyanın ticarət gəmisinə hücum edib
Əziz Əzizli
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı – husilər Qırmızı dənizdə İsrailə gedən Britaniya ticarət gəmisinə hücum edib.
"Operativ Media"nın məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya sosial şəbəkədə yazıb.
“Yəmən donanması Qırmızı dəniz vasitəsilə işğal olunmuş Fələstin ərazilərinin limanlarından birinə gedən Britaniya ticarət gəmisinə gəmi əleyhinə raket zərbələri endirib”, – o qeyd edib.