Menyu

İl-76-nın bütün qalıqları qəza yerindən çıxarılıb

Nərmin Qocamanlı
İl-76-nın bütün qalıqları qəza yerindən çıxarılıb

Rusiyanın Belqorod vilayətində vurulan İl-76 hərbi-nəqliyyat təyyarəsinin bütün qalıqları qəza yerindən xüsusi poliqona daşınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın Fövqaladə Hallar Xidməti məlumat yayıb.

Qeyd edək ki, yanvarın 24-də Belqorod vilayətinin Koraçansk rayonunda Rusiya Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi nəqliyyat təyyarəsi Ukraynanın Xarkov vilayətindən atılan raketlə vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vurulan hərbi təyyarədə dəyişdirilmək üçün Belqoroda aparılan 65 ukraynalı əsir və daha 9 nəfə olub. Onların hamısının həlak olduğu bildirilib.

Ötən gün Rusiya İstintaq Komiyəsi Belqorod vilayətində İl-76 hərbi nəqliyyat təyyarəsinin ABŞ-nin "Patriot" zenit-raket kompleksinin MIM104A raketi ilə vurulduğunu təsdiqləyib.

Teqlər:

"\u0130l-76-n\u0131n b\u00fct\u00fcn qal\u0131qlar\u0131 q\u0259za yerind\u0259n \u00e7\u0131xar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər