Menyu

İran kəşfiyyatı 28 ölkədə İsrail casuslarını müəyyən edib

Nərmin Qocamanlı
İran kəşfiyyatı 28 ölkədə İsrail casuslarını müəyyən edib

İran kəşfiyyatı Asiya, Afrika və Avropada onlarla israilli casusun kimliyini müəyyən edib.

"Operativ Media" xəbər verir ki, bu barədə İran İslam Respublikasının İnformasiya (Kəşfiyyat) Nazirliyi məlumat yayıb.

"İsrailin kəşfiyyat təşkilatlarına qarşı həyata keçirilən ən böyük birgə kəşfiyyat və əks-kəşfiyyat əməliyyatında unikal və görünməmiş məlumatlar əldə edilib və dərhal araşdırmaya başlanılıb. Ən böyük nailiyyətlərdən biri Asiya, Afrika və Avropada dünyanın 28 ölkəsində onlarla casusun, eləcə də İsraillə əlaqəli terror ünsürlərinin müəyyən edilməsi olub”, - bəyanatda deyilir.

Nazirlik həmçinin bildirir ki, İsrail üçün işləyən və xaricdə yaşayan bir sıra iranlı casuslar müəyyən edilib: “Onlarla bağlı qərar İranın Kəşfiyyat Nazirliyi ilə ölkələrin kəşfiyyat xidmətləri arasındakı vəziyyət və əlaqələrin səviyyəsindən asılı olaraq veriləcək".

 

Teqlər:

"\u0130ran k\u0259\u015ffiyyat\u0131 28 \u00f6lk\u0259d\u0259 \u0130srail casuslar\u0131n\u0131 m\u00fc\u0259yy\u0259n edib"

Əlaqəli Xəbərlər