Menyu

Hindistan HDQ-nin gəmisi İran gəmisini və 19 dənizçini dəniz quldurlarından azad edib

Hindistan HDQ-nin gəmisi İran gəmisini və 19 dənizçini dəniz quldurlarından azad edib

Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus "Şarda" gəmisi 7 nəfərlik dəniz quldurları tərəfindən qaçırılan İran bayraqlı "Omari" balıqçı gəmisinin köməyinə gəlib. 

"Operativ Media" xəbər verir ki, Respublika Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin verdiyi məlumata görə, həmçinin 11 iranlı və 8 pakistanlı ekipaj üzvü sağ-salamat buraxılıb.

"Hindistan Hərbi Dəniz Qüvvələri Somalinin şərq sahillərində növbəti pirat cəhdinin qarşısını alıb", - mətbuat xidməti bildirir.

Bu yaxınlarda Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Somali quldurları tərəfindən qaçırılan gəmiləri azad etmək üçün bir neçə uğurlu əməliyyat həyata keçirib. Yanvarın 30-da ölkə donanması bildirmişdi ki, "Sumitra" hərbi gəmisi "Al Naeemi" gəmisini və hamısı Pakistan vətəndaşı olan 19 ekipaj üzvünü dəniz quldurlarından uğurla azad edib. 

Teqlər:

"Hindistan HDQ-nin g\u0259misi \u0130ran g\u0259misini v\u0259 19 d\u0259niz\u00e7ini d\u0259niz quldurlar\u0131ndan azad edib"

Əlaqəli Xəbərlər