Menyu

Ukrayna 2024-cü ildə Aİ-dən 18 milyard avro ala bilər

Ukrayna 2024-cü ildə Aİ-dən 18 milyard avro ala bilər

"Ukrayna cümə axşamı Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində təsdiqlənən 50 milyard avro dəyərində yeni dördillik dəstək proqramı çərçivəsində bu il 18 milyard avro almağı planlaşdırır". 

"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat nazirinin müavini Aleksey Sobolev məlumat verib.

"Biz bu proqramdan büdcəyə birbaşa daxil olacaq 18 milyard avroya arxalana bilərik. Ümumiyyətlə, dörd il ərzində bu 50 milyardın 39 milyardı büdcəyə getməlidir", - o, Rada telekanalının efirində bildirib.

Sobolev qeyd edib ki, Aİ-nin yeni dəstək proqramı digər məsələlərlə yanaşı, Kiyevə güzəştli şərtlərlə kreditlərin verilməsini nəzərdə tutur.

Sobolevin sözlərinə görə, bu 50 milyard avronu almaq üçün Ukrayna Avropa İttifaqına dörd il müddətinə iqtisadi islahat planı təqdim edəcək və bu planın icrası hər rüb Avropa Komissiyası tərəfindən yoxlanılacaq. Eyni zamanda, xüsusi yaradılmış audit şurası Ukrayna hakimiyyətinin alınan pulları dəqiq necə idarə etməsinə nəzarət edəcək. Nazir müavini əmin edib ki, şura üzvlərinin əksəriyyəti Avropa ölkələrinin nümayəndələri olacaq, lakin onun tərkibinə ukraynalılar da daxil olacaq.


 

Teqlər:

"Ukrayna 2024-c\u00fc ild\u0259 A\u0130-d\u0259n 18 milyard avro ala bil\u0259r"

Əlaqəli Xəbərlər