Menyu

ABŞ və İngiltərə Yəmənə hücum edib

ABŞ və İngiltərə Yəmənə hücum edib

Yəməndəki Husilər ölkənin Səudiyyə Ərəbistanı ilə sərhədində yerləşən Həccə şəhərinin ABŞ və İngiltərə təyyarələrinin hücumuna məruz qaldığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Husilərə məxsus "Əl-Məsirə" televiziyası məlumat yayıb.

Məlumata görə, ABŞ-Böyük Britaniya döyüş təyyarələri Həccə şəhərinin Abes mahalının əl-Cerr bölgəsinə 4 hücum həyata keçirib.

Xəbərdə döyüş təyyarələrinin eyni bölgədə daha 3 hücum təşkil etdiyi və bununla da hücumların sayının 7-yə yüksəldiyi bildirilib.

ABŞ və Böyük Britaniya hələlik sözügedən hücumla bağlı açıqlama verməyib.

Teqlər:

"AB\u015e v\u0259 \u0130ngilt\u0259r\u0259 Y\u0259m\u0259n\u0259 h\u00fccum edib"

Əlaqəli Xəbərlər