Kanada İordan çayının qərb sahilindəki yəhudilərə qarşı sanksiyalar tətbiq edə bilər
"Kanada hakimiyyəti İordan çayının qərb sahilində zorakılıq aktlarında iştirak edən yəhudi köçkünlərə qarşı sanksiyalar tətbiq etməyi düşünür".
"Operativ Media" xəbər verir ki, bunu ölkənin baş naziri Castin Trüdo jurnalistlərə bildirib.
"İordan çayının qərb sahilində məskunlaşanların zorakılığı tamamilə qəbuledilməzdir və regionda sabitliyi təhdid edir. Biz ekstremist məskunlaşanlara qarşı sanksiyaları nəzərdən keçiririk", - Trüdo qeyd edib.
O, Ottavanın zorakılıqda iştirak edən köçkünləri ədalət qarşısında cavablandırmaq üçün yollar axtardığını bildirib.