Menyu

Gürcüstan 2024-cü ildə ABŞ ilə iki dəfə hərbi təlim keçirə bilər

Gürcüstan 2024-cü ildə ABŞ ilə iki dəfə hərbi təlim keçirə bilər

"2024-cü ildə Gürcüstan hakimiyyəti ABŞ ilə birlikdə öz ərazisində "Trojan Footprint" xüsusi təyinatlı qüvvələrinin təlimləri və "Noble Partner" çoxmillətli hərbi təlimləri keçirməyi planlaşdırır". 

"Operativ Media" xəbər verir ki, bu barədə baş nazirliyə namizəd İrakli Kobaxidzenin parlamentə göndərilmiş hökumət proqramında deyilir.

"2024-cü ildə Gürcüstanda ABŞ-nin Avropa Komandanlığının "Trojan Footprint" xüsusi əməliyyat qüvvələrinin təlimi, eləcə də Gürcüstan-Amerika "Noble Partner" çoxmillətli təlimləri keçiriləcək. Eyni zamanda, gürcü hərbçiləri ABŞ-nin planlaşdırdığı təlimlərdə iştirak edəcəklər", - sənəddə deyilir.

Bundan əlavə, Gürcüstan müdafiə qüvvələrində kiber komandanlığın formalaşdırılmasını davam etdirəcək, həmçinin NATO ilə əməkdaşlıq çərçivəsində kiber laboratoriyanın yaradılması layihəsini həyata keçirməyə başlayacaq, proqramda deyilir.

Cümə axşamı hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının növbədənkənar qurultayında Kobaxidze Gürcüstanın baş naziri vəzifəsinə namizəd kimi irəli sürülüb, bundan sonra o, gələcək nazirlər kabinetinin tərkibini və onun proqramını parlamentə göndərib. Namizədliyinin təsdiqlənməsi üçün siyasətçi 150 deputatdan azı 76-nın dəstəyini almalıdır.
 

Teqlər:

"G\u00fcrc\u00fcstan 2024-c\u00fc ild\u0259 AB\u015e il\u0259 iki d\u0259f\u0259 h\u0259rbi t\u0259lim ke\u00e7ir\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər