Menyu

Serbiya BMT TŞ-dən "Kosovo məsələsi" ilə bağlı təcili iclas tələb edəcək

Serbiya BMT TŞ-dən "Kosovo məsələsi" ilə bağlı təcili iclas tələb edəcək

Serbiya prezidenti Aleksandar Vuçiç Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) "Kosovo məsələsi ilə bağlı" təcili iclas keçirməyi tələb edəcəklərini bildirib.

"Operativ Media" xəbər verir ki, Serbiya prezidenti pataxt Belqradda xalqa müraciətində Kosovoda qüvvəyə minən nağd əməliyyatlarda Serb dinarının istifadəsini qadağan edən tənzimləmə ilə bağlı açıqlamalar verib.

Ölkədə Serb dinarının istifadəsinin Kosovo Baş naziri Albin Kurti tərəfindən qadağan edildiyini bildirən Vuçiç bu qərarın "serbləri qəsdən dözülməz həyat şəraitinə məruz qoymaq" olduğunu müdafiə edib.

Vuçiç həmçinin sözügedən qərarın serbləri bölgədən "sürgün etmək" məqsədi daşıdığını iddia edib: "Kosovo təhlükəsizlik qüvvələri ölkədə serblərin yaşadığı bölgələrə basqın edir".

Beynəlxalq tərəfdaşları ilə işləməyə və görüşməyə davam edəcəklərini bildirən Vuçiç bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına "Kosovo məsələsi" ilə bağlı təcili iclasın keçirilməsini tələb edən məktub təqdim edəcəklərini qeyd edib.
 

Teqlər:

"Serbiya BMT T\u015e-d\u0259n \"Kosovo m\u0259s\u0259l\u0259si\" il\u0259 ba\u011fl\u0131 t\u0259cili iclas t\u0259l\u0259b ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər