Menyu

Türkiyə Mərkəzi Bankının sədri vəzifəsindən istefa verib

Türkiyə Mərkəzi Bankının sədri vəzifəsindən istefa verib

Hafize Qaye Erkan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri vəzifəsindən istefa verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Qaye Erkan sosial media hesabındakı paylaşımında bildirib. 

O, 8 iyun 2023-cü ildən TCMB sədri vəzifəsini icra etdiyini xatırladıb.

Hər qarış torpağının bədəlinin ödənildiyi bu torpaqlarda doğulub boya-başa çatan, təhsil alan bir vətən övladı olaraq bu müqəddəs borcun ona həvalə edildiyi vaxt Türkiyəyə gəldiyini və bu vəzifəni heç bir şey gözləmədən öz üzərinə götürdüyünü bildirən Erkan əlavə edib:

"O vaxtlar mən, təbii ki, həddi-büluğa çatmamış bir övlad anası kimi gərgin bir vəzifənin öhdəsindən gəlməyin çətinliyini bilirdim. Dövlətimizə xidmət etmək üçün gecə-gündüz yorulmadan işimdə olmuşam. Bu nöqtədə iqtisadi proqramımız öz bəhrəsini verməyə başlamışdır. Ehtiyatlarımızın artması, iqtisadi məlumatlar ilə birlikdə inflyasiyanın əsas tendensiyası ilə bağlı göstəricilər bu uğurun sübutudur. Buna baxmayaraq, bu yaxınlarda mənə qarşı böyük bir nüfuza sui-qəsd kampaniyası təşkil edildi. Ailəmin və üstəlik heç bir yaş yarım olmayan günahsız uşağımın bu prosesdən daha da təsirlənməsinin qarşısını almaq üçün şərəflə yerinə yetirdiyim vəzifə borcumun əfv olunmasını ilk olaraq hörmətli Prezidentimizdən xahiş etdim.

Məni Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ilk qadın prezidenti olmaqdan qürurlandıran Xəzinə və Maliyyə Nazirimizə və təxminən bir müddətdir bu vəzifədə birlikdə çalışdığım həmkarlarıma minnətdarlığımı bildirirəm. Hər biri gecə-gündüz böyük fədakarlıqla çalışdı. Amerikada özəl sektorda 22 illik idarəçilik və bankçılıq təcrübəmdən sonra mənə vətənimə və millətimə xidmət etmək imkanı verən prezidentimizə minnətdarlığımı bildirirəm".

Teqlər:

"T\u00fcrkiy\u0259 M\u0259rk\u0259zi Bank\u0131n\u0131n s\u0259dri v\u0259zif\u0259sind\u0259n istefa verib"

Əlaqəli Xəbərlər