Türkiyənin ilk astronavtı Alper Gezeravcının Beynəlxalq Kosmik Stansiyadan qayıtması Florida sahillərindəki əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə SpaceX məlumat yayıb.
Bildirilib ki, Dragon kapsulu ən tez fevralın 5-i bazar ertəsi BKS-dən yola düşəcək.
Xatırladaq ki, Gezeravcının bu gün Bakı vaxtı ilə saat 15:00-da Beynəlxalq Kosmik Stansiyanı tərk edəcəyi gözlənilirdi.