Menyu

Argentinada hökümət əleyhinə nümayişlərdə 60 nəfər yaralanıb

Nərmin Qocamanlı
Argentinada hökümət əleyhinə nümayişlərdə 60 nəfər yaralanıb

Argentinada hökumət əleyhinə nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 60 nəfərin yaralanıb.


"Operativ Media" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.


Belə ki, paytaxt Buenos-Ayresdəki Konqres Meydanında prezident Xavyer Mileinin qəbul etməyə çalışdığı "omnibus qanunu"na etiraz etmək istəyən nümayişçilər polislə toqquşub.


Hadisə nəticəsində 60 fəal yaralanıb, qüvvələr gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib, 6 nəfər saxlanılıb.
Polisin istifadə etdiyi gözyaşardıcı qaz mətbuat mənsublarına da mənfi təsir göstərib.

Digər tərəfdən, müxalifət partiyaları daxili işlər naziri Patricia Bullriçə reaksiya göstərərək, polisin nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyini müdafiə edib.

"Omnibus qanun" layihəsi üzrə Nümayəndələr Palatasında səsvermə prosesi davam edir. 

Prezident Javier Milei açıqlamalarında ölkənin iqtisadi baxımdan “çətin” dövrünü yaşadığını bildirərək radikal qərarların veriləcəyini açıqlayıb.

Teqlər:

"Argentinada h\u00f6k\u00fcm\u0259t \u0259leyhin\u0259 n\u00fcmayi\u015fl\u0259rd\u0259 60 n\u0259f\u0259r yaralan\u0131b"

Əlaqəli Xəbərlər