Yəməndəki husilər ABŞ və İngiltərə Hərbi Hava Qüvvələrinin ölkənin şimalındakı Səda şəhərinə 3 hava hücumu təşkil etdiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə SABA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ və Böyük Britaniyanın döyüş təyyarələri Səda şəhərindəki hədəflərə hücum edib. Şəhərin şərqində cəmləşən hücumlarda verilən itkilərlə bağlı məlumat verilməyib.
İngiltərə və ABŞ isə son hücumlarla bağlı açıqlama verməyib.