Menyu

Ermənistanda qızılcaya yoluxma artır

Nərmin Qocamanlı
Ermənistanda qızılcaya yoluxma artır

Ermənistanda qızılca xəstəliyinə yoluxma halları artmaqda davam edir, son həftələrdə bu rəqəm 50-55 arasında dəyişir.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan bildirib.

O, bildirib ki, müalicəyə ehtiyacı olan hər kəs xəstəxanaya yerləşdirilir, onların yaxınlarına isə peyvənd vurulur. Xəstəlikdən yayınmanın və ya onun kəskinləşməsinin qarşısının alınmasının ən yaxşı yolu peyvəndlənmə olaraq qalır:

“Xüsusən uşaqlar arasında peyvənd vurulması halları azalıb. Buna həm də anti-vaksinasiya təbliğatı təsir edir. Peyvənd əleyhinə təbliğat ilk növbədə uşaqlar və onların ailələri üçün təhlükəlidir”.

Teqlər:

"Erm\u0259nistanda q\u0131z\u0131lcaya yoluxma art\u0131r"

Əlaqəli Xəbərlər