Menyu

Türkiyədə iki ay arzində zəlzələ bölgəsində 75 min mənzil təhvil veriləcək - Ərdoğan

Türkiyədə iki ay arzində zəlzələ bölgəsində 75 min mənzil təhvil veriləcək - Ərdoğan

Türkiyənin Hatay vilayətində ötən ilin fevral ayında baş verən zəlzələdən zərər çəkmiş şəxslərə yeni tikilən mənzilərin açarlarının verilməsi mərasimi keçirilib.

"Operativ Media"nın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdən iştirak edib.

Dövlət başçısı bildirib ki, bu gün 7 min 275 vətəndaşa evlərin açarları təqdim edilib.

Türkiyə Prezidenti qeyd edib ki, 2 ay ərzində zəlzələ bölgəsində 75 min mənzilin təhvil verilməsi tamamlanacaq. R.T.Ərdoğan yardım göstərən ölkələrə öz təşəkkürünü bildirib:

"Başda 11 min 500 əcnəbi qrup üzvü olmaqla, 35 min axtarış-xilasetmə heyətimizə, səhiyyə işçilərimizə, meşə işçilərimizə və bütün qardaşlarımıza öz adımdan təşəkkür edirəm".

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 iki ay arzind\u0259 z\u0259lz\u0259l\u0259 b\u00f6lg\u0259sind\u0259 75 min m\u0259nzil t\u0259hvil veril\u0259c\u0259k - \u018frdo\u011fan"

Əlaqəli Xəbərlər