Menyu

Rusiya BMT Təhlükəsizlik Şurasının tecili iclasını tələb edib

Rusiya BMT Təhlükəsizlik Şurasının tecili iclasını tələb edib

Rusiya ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

“Operativ Media”nın  məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, iclasın 5 fevral Nyu-York vaxtı ilə saat 16:00-da baş tutacağı gözlənilir.

 

"Biz indicə ABŞ-ın İraq və Suriyaya zərbələri nəticəsində sülh və təhlükəsizliyə yaratdığı təhdidlərlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş etmişik. Bu ayda sədrlik edən Qayana dövləti onu fevralın 5-də Nyu-York vaxtı ilə saat 16:00-a təyin etməyi planlaşdırır", - deyə o yazıb.

Teqlər:

"Rusiya BMT T\u0259hl\u00fck\u0259sizlik \u015euras\u0131n\u0131n tecili iclas\u0131n\u0131 t\u0259l\u0259b edib"

Əlaqəli Xəbərlər