ABŞ-ın zərbələrindən sonra İraqda 3 günlük matəm elan edilib
İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani şənbə günü ABŞ-ın İraqın qərbinə endirdiyi aviazərbələrin qurbanları üçün ölkədə ümumi matəm elan edib.
“Operativ Media”nın məlumatına görə, bu barədə Baş nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Məhəmməd Şiya əs-Sudani ABŞ-ın Akaşat və Əl-Əs-Südani bombalaması nəticəsində silahlı qüvvələrimiz və mülki şəxslər arasında həlak olanların xatirəsinə bütün dövlət idarə və müəssisələrində üç günlük ümumi matəm elan edilməsi barədə göstəriş verib”,- deyə məlumatda bildirilir.
Teqlər:
"AB\u015e-\u0131n z\u0259rb\u0259l\u0259rind\u0259n sonra \u0130raqda 3 g\u00fcnl\u00fck mat\u0259m elan edilib"