Ana səhifə / Dünya / Çilidə meşə yanğınları zamanı 19 nəfər ölüb Çilidə meşə yanğınları zamanı 19 nəfər ölüb 03.02.2024, 23:33 Çilidə meşə yanğınları baş verib. “Operativ Media” xəbər verir ki, bu barədə “El Mostrador” qəzeti məlumat yayıb. Hadisə nəticəsində 19 nəfər ölüb. Baş vermiş 92 yanğın hadisəsindən 40-ı lokallaşdırılıb. Daha əvvəl 10 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirilirdi. Çili prezidenti Qabriel Boric fevralın 3-də meşə yanğınları ilə əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. 7 min hektardan çox ərazi yanıb. Teqlər: "\u00c7ilid\u0259 me\u015f\u0259 yan\u011f\u0131nlar\u0131 zaman\u0131 19 n\u0259f\u0259r \u00f6l\u00fcb"