ABŞ Yəmənə yenidən zərbə endirib
ABŞ ordusu Yəmən ərazisinə növbəti dəfə zərbə endirib, hücumun hədəfi Husi üsyançılarının qanadlı raketi olub.
"Operativ Media" xəbər verir ki, bu barədə şənbə günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Fevralın 4-ü Səna vaxtı ilə saat 04:00-da CENTCOM qüvvələri özünümüdafiə məqsədi ilə Qırmızı dənizdəki gəmilərə qarşı buraxılmağa hazır olan Husilərə məxsus gəmi əleyhinə qanadlı raketə hücum etdi. ABŞ ordusu Yəmən ərazisini nəzarətdə saxlayır və onun bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaratdığını müəyyən edir", - CENTCOM-un bəyanatında deyilir.
Şənbə günü CENTCOM həmçinin Yəməndə Husilərə məxsus altı gəmi əleyhinə qanadlı raketin məhv edildiyini bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net