Menyu

Namibiya prezidenti vəfat edib

Namibiya prezidenti vəfat edib

Namibiya prezidenti Hage Qottfried Geinqob fevralın 4-də 82 yaşında vəfat edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə dövlət başçısının ofisinin "X"dəki hesabında paylaşım edilib.

Məlumata görə, o, ölən zaman xəstəxanada həyat yoldaşı və uşaqlarının əhatəsində olub.

Yanvar ayında prezident ofisi Geinqobda xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı.

3 avqust 1941-ci ildə anadan olan Geinqob 2019-cu ilin noyabrında Namibiya prezidenti seçilib. Bundan əvvəl isə 2014-cü ilin noyabrında bu vəzifəyə layiq bilinib.


 

Teqlər:

"Namibiya prezidenti v\u0259fat edib"

Əlaqəli Xəbərlər