Menyu

Nigeriyada silahlılar azı 4 polisi öldürüb

Nigeriyada silahlılar azı 4 polisi öldürüb

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində islamçı üsyançılarla atışma zamanı azı 4 polis həlak olub.

"Operativ Media" xəbər verir ki, bu barədə AP yerli polisə istinadən məlumat yayıb. 

On ildən artıqdır ki, Borno ölkənin şimal-şərqində Boko Haram qiyamçılarının və onun parçalanmış Qərbi Afrika İslam Dövləti (ISWAP) qruplaşmasının mərkəzi olub.

Borno əyalət polisinin sözçüsü Nahum Daso Kennet bildirib ki, silahlı şəxslər cümə günü gecə ştatın paytaxtı Maiduquridən 82 km aralıda yerləşən Nqanzai Yerli İdarəetmə Bölgəsindəki Qajiram şəhərinə hücum ediblər.

"Onlarla atışma olub və terrorçuların şəhərə daxil olmasının qarşısı alınıb və hücum dəf edilib. Təəssüf ki, dörd polis məmuru həlak olub", - məlumatda qeyd edilib.

Teqlər:

"Nigeriyada silahl\u0131lar az\u0131 4 polisi \u00f6ld\u00fcr\u00fcb"

Əlaqəli Xəbərlər