Menyu

ECOWAS Seneqalda prezident seçkilərinin təxirə salınmasından narahatlığını bildirib

ECOWAS Seneqalda prezident seçkilərinin təxirə salınmasından narahatlığını bildirib

"Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Seneqalda prezident seçkilərinin təxirə salınmasından narahatdır və ədalətli və şəffaf səsverməni təmin etmək üçün ölkə siyasətçilərini dialoqa çağırır". 

"Operativ Media" xəbər verir ki, bu barədə ECOWAS Komissiyasının rəsmi portalında dərc olunmuş məlumatda deyilir.

"ECOWAS seçkilərin təxirə salınmasına səbəb olan şəraitlə bağlı narahatlığını ifadə edir və Seneqal hakimiyyətini mümkün qədər tez yeni səsvermə tarixi təyin etməyə çağırır", - məlumatda qeyd edilib. 

ECOWAS həmçinin Seneqalın hazırkı prezidenti Macky Sallenin qarşıdan gələn seçkilərdə namizəd kimi iştirak etməmək qərarına sadiqliyini alqışlayıb.
 

Teqlər:

"ECOWAS Seneqalda prezident se\u00e7kil\u0259rinin t\u0259xir\u0259 sal\u0131nmas\u0131ndan narahatl\u0131\u011f\u0131n\u0131 bildirib"

Əlaqəli Xəbərlər