Menyu

Qəzzada ölənlərin sayı 27,4 minə yaxınlaşıb

Qəzzada ölənlərin sayı 27,4 minə yaxınlaşıb

İsrailin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində həlak olan fələstinlilərin sayı 27,4 minə yaxınlaşır, 66,6 mindən çox insan isə yaralanıb. 

"Operativ Media" xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.

Departamentin rəsmi "Telegram" kanalında dərc olunan mesajda deyilir: "Ötən ilin oktyabrından bəri İsrail təcavüzü qurbanlarının sayı 27 365 nəfərə yüksəlib, daha 66 630 nəfər yaralanıb".

Qəzza Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində anklavda ən azı 127 nəfər ölüb, daha 178 nəfər yaralanıb: "Ölənlərdən bəzilərinin cəsədləri dağıntılar altındadır və həkimlər hələ onlara çata bilmir".
 

Teqlər:

"Q\u0259zzada \u00f6l\u0259nl\u0259rin say\u0131 27 4 min\u0259 yax\u0131nla\u015f\u0131b"

Əlaqəli Xəbərlər