Kabilin cənubunda əfqan müqavimətinin üzvləri Talibana hücum edib
Əfqanıstanın Milli Müqavimət Cəbhəsi üsyançı təşkilatının üzvləri Kabilin cənubunda Taliban hərəkatının iki nümayəndəsini öldürüblər.
"Operativ Media" xəbər verir ki, bu barədə cəbhənin "Facebook" səhifəsində dərc olunmuş bəyanatında deyilir.
"Fevralın 3-də saat 10:15-də Milli Müqavimət Cəbhəsinin qüvvələri düşmən düşərgəsinə hücum edib, nəticədə iki Taliban üzvü öldürülüb, daha ikisi yaralanıb", - məlumatda deyilir.
Taliban nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.