Yaponiya və ABŞ birgə təlimlər zamanı ilk dəfə Çini düşmən tanıyıblar
Çin ilk dəfə Yaponiya-ABŞ qərargahının birgə təlimi zamanı hipotetik düşmən kimi müəyyən edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinə görə, kompüter simulyasiyası zamanı materik Çindən Tayvana mümkün işğalın ssenariləri işlənib. Vurğulanıb ki, əvvəllər analoji təlimlər zamanı Tayvanın mümkün işğalı ssenariləri işlənərkən Çinin adı çəkilməsə də, qeyri-şəxs dildən istifadə edilib. Gözlənilir ki, ilin sonuna qədər Yaponiya və Amerika hərbçiləri Tayvan boğazında vəziyyətin gərginləşəcəyi təqdirdə birgə fəaliyyət planı hazırlasınlar.