Menyu

Misir prezidenti və Fransa XİN Qəzzaya yardım məsələlərini müzakirə edib

Misir prezidenti və Fransa XİN Qəzzaya yardım məsələlərini müzakirə edib

"Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağının əhalisinə dəstək olmaqda mühüm rol oynayır". 

"Operativ Media" xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejournet və Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə keçirilən görüşdə bildiriblər.

Əl-Sisi və Sejournet həmçinin iki dövlətli həll prinsipinin Fələstin məsələsinin hərtərəfli həlli üçün əsas olduğunu və Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə xidmət edəcəyi barədə razılığa gəliblər. Tərəflər vurğulayıb ki, nə Misir, nə də Fransa fələstinlilərin öz ərazilərindən məcburi köçürülməsini qəbul etmir və "erkən atəşkəs" və Qəzzada saxlanılan israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsinə nail olmaq üçün səyləri əlaqələndirməyə davam etməyə razılaşıblar.

Sejournet Misirdən sonra İordaniya və İsrailə səfər etməyi, oradan Ramallaha (Fələstin) getməyi planlaşdırır. Onun şənbə günü başlayan Yaxın Şərq turnesi fevralın 6-da başa çatacaq. 

Teqlər:

"Misir prezidenti v\u0259 Fransa X\u0130N Q\u0259zzaya yard\u0131m m\u0259s\u0259l\u0259l\u0259rini m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər