Menyu

Macarıstan Avropa Sülh Fondunun artımına veto qoymayacağını bildirib

Macarıstan Avropa Sülh Fondunun artımına veto qoymayacağını bildirib

"Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunda artıma veto qoymayacaq, lakin özü onun işində iştirak etməyəcək". 

"Operativ Media" xəbər verir ki, bunu VRT telekanalına müsahibəsində Brüsseldə Avropa İttifaqından olan həmkarları ilə qeyri-rəsmi görüşdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto deyib.

O xatırladıb ki, Aİ xarici siyasət xidməti Ukraynaya silah tədarükünü genişləndirmək üçün 2024-cü ildə Avropa Sülh Fondunun 5 milyard avro artırılmasını təklif edib: "Silah tədarükü bizim üçün qırmızı xətt olduğundan, biz bunda iştirak etməyəcəyik".

Eyni zamanda, o etiraf edib ki, Macarıstan başqalarının bunu etməsinə mane ola bilməz və olmayacaq.

Teqlər:

"Macar\u0131stan Avropa S\u00fclh Fondunun art\u0131m\u0131na veto qoymayaca\u011f\u0131n\u0131 bildirib"

Əlaqəli Xəbərlər