Çilidə meşə yanğınlarında 64 nəfər həyatını itirib
Çilinin Valparaiso şəhərində meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Çili Prezidenti Qabriel Boric məlumat verib.
"Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq", - deyə o bildirib.
Boric, həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net