Tramp ABŞ sərhədini bağlamaq planlarından danışıb
ABŞ-nin keçmiş prezidenti Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə ölkə sərhədlərini bağlamağı və qeyri-qanuni miqrantların kütləvi deportasiyasını həyata keçirməyi planlaşdırır.
“Operativ Media” xəbər verir ki, o, bu barədə “Fox News”a bildirib.
“Kütləvi deportasiyanı təşkil etmək lazımdır. ABŞ-də qeyri-qanuni yaşayan milyonlarla insan ola bilməz”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp qeyri-qanuni miqrantlar səbəbindən ABŞ-də terror aktları təhlükəsi olduğunu açıqlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net