Brayandan kritik açıqlama: “Ukraynanın paytaxtı Kiyevdən köçürülə bilər”
Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttini yarıb genişmiqyaslı hücuma başlayarsa, Ukrayna hakimiyyəti paytaxtı Kiyevdən Lvova köçürməli olacaq.
“Operativ Media” xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan “Silahlar və Strategiya” məqaləsində yazıb.
O, fikrini belə izah edib: "Lvov Polşa ilə sərhəddə yaxın məkandadır. Bu da şəhərin Polşanın hava hücumundan müdafiə qüvvələri tərəfindən əhatə olunmasına imkan verəcək".