Çilidə meşə yanğınları qurbanlarının sayı 100-ü keçib
Əziz Əzizli
Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Çilinin Tibbi Ekspertiza Xidməti məlumat yayıb.
“Bu günə qədər 100-dən çox cəsəd qəbul edilib”, - deyə məlumatda bildirilib.
Bundan əvvəl Çili Prezidenti Qabriel Boriç 64 nəfərin öldüyünü bildirmişdi. O etiraf edib ki, faciə qurbanlarının sayı artacaq. Ölkədə iki günlük matəm elan edilib.
Fevralın 2-də Prezident yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib